Həllər

PROQRAM ARXİTEKTURASI VƏ MÜHƏNDİSLİYİ

Mürəkkəb tələblər üçün qurulan, inkişafa hazır proqram sistemləri.

Biznes proseslərinə və təşkilati tələblərə uyğun proqram sistemləri layihələndirir və hazırlayırıq. Yeni həllər qurur, mövcud tətbiqləri inteqrasiya edir və modernləşdiririk. Sistemlərin etibarlı işləməsini və dəyişən ehtiyaclara uyğun inkişafını nəzərə alırıq.

Əsas imkanlar

01

Solution Architecture & System Design

Biznes və texniki tələblərə uyğun sistem arxitekturasını, əsas komponentləri və onların qarşılıqlı əlaqəsini layihələndiririk. Sistem sərhədlərini, inteqrasiya yanaşmasını və texnologiya seçimlərini təhlükəsizlik, performans, miqyaslanma və istismar tələblərinə əsasən müəyyən edirik.

Solution Architecture · System Design · Architecture Assessment · Technology Selection

02

Custom Software Development

Təşkilatın proseslərinə və istifadəçi ehtiyaclarına uyğun korporativ sistemlər, veb və mobil tətbiqlər, portallar hazırlayırıq. İstifadəçi təcrübəsinin və interfeysin dizaynından biznes məntiqinə qədər proqram təminatını dəyişən tələblərə uyğun inkişaf etdirməyə imkan verən strukturda qururuq.

Enterprise Applications · Web & Mobile Apps · UI/UX · Backend & Frontend Engineering

03

API & Systems Integration

Daxili sistemləri, tərəfdaş platformalarını və xarici xidmətləri API-lər, mesajlaşma və hadisə əsaslı inteqrasiyalar vasitəsilə əlaqələndiririk. Tətbiq və servislər arasında etibarlı məlumat mübadiləsini və onların birgə işləməsini təmin edirik.

API Design · Systems Integration · Messaging · Event-driven Integration

04

Application Modernization

Mövcud sistemləri qiymətləndirir, ehtiyacdan asılı olaraq mərhələli şəkildə modernləşdirir və ya yeni arxitektura əsasında yenidən qururuq. Məlumatların köçürülməsini və inteqrasiyaların uyğunlaşdırılmasını planlaşdıraraq yenilənmiş və ya yeni sistemə nəzarətli keçidi dəstəkləyirik.

Legacy Modernization · Refactoring · Re-architecture · System Migration

Mühəndislik yanaşmamız

Təhlükəsizlik, keyfiyyət və performansı layihələndirmədən tətbiqə buraxılışa qədər nəzərə alırıq. Kodun nəzərdən keçirilməsi, avtomatlaşdırılmış testlər, performans yoxlamaları və CI/CD prosesləri ilə dəyişikliklərin daha etibarlı və nəzarətli şəkildə tətbiqini dəstəkləyirik.

Security by Design · Code Review · Test Automation · Performance Testing · CI/CD

Bizimlə əlaqə

© 2026 Nexoft. Bütün hüquqlar qorunur.