Kargüzarlıq mərkəzi
Daxil olan yazışmaların qəbulu, qeydiyyatı və dərkənar və ya icra üçün yönləndirilməsi, xaric olan yazışmaların korreksiyası və göndərilməsi, eləcə də bütün kargüzarlıq prosesinə tam nəzarət.
ELDOC
Süni intellektlə gücləndirilmiş, təhlükəsiz bulud əsaslı Eldoc təşkilat daxilində və təşkilatlar arasında yazışmaları, tapşırıqları və biznes proseslərini vahid mühitdə birləşdirərək mərkəzləşdirilmiş monitorinq və administrasiya imkanları təqdim edir.
Daxil olan yazışmaların qəbulu, qeydiyyatı və dərkənar və ya icra üçün yönləndirilməsi, xaric olan yazışmaların korreksiyası və göndərilməsi, eləcə də bütün kargüzarlıq prosesinə tam nəzarət.
Səlahiyyətlərə əsaslanan, prosesin gedişində dəyişdirilə bilən biznes prosesləri və təkrar istifadə üçün fərdi şablonlar.
Dərkənarların verilməsi, əsas və digər icraçıların, icra müddətinin və icraya nəzarət edən şəxslərin təyin edilməsi.
Cavab, əlaqəli və təklif yazışmalarının hazırlanması, icra müddətinin uzadılması, əsas icraçının dəyişdirilməsi, işə alınma və digər icra əməliyyatları.
Yazışmaların ardıcıl və ya paralel qaydada razılaşdırılması və vizaların alınması.
Yazışmaların təsdiqə və imzaya təqdim edilməsi, təsdiqlənməsi, elektron imza ilə imzalanması və təşkilatın blank formasının avtomatik formalaşdırılması.
Yazışmalara, sənədlərə və əməliyyatlara çıxışın rol, səlahiyyət və məxfilik səviyyələri üzrə idarə olunması.
Tapşırıqlar, yazışmalar, icra müddətləri, razılaşdırma, imza və həvalə hadisələri üzrə sistemdaxili və e-poçt bildirişləri.
QR kod vasitəsilə yazışmanın elektron nüsxəsinə və imza məlumatlarına çıxış, sənədin və elektron imzanın həqiqiliyinin yoxlanılması.
Sənədlərin əlavə edilməsi, yenilənməsi və versiyalarının saxlanılması ilə dəyişikliklərin ardıcıl idarə olunması.
Məlumat sahələrinin doldurulması ilə ərizə, məktub və digər sənədlərin hazır şablon əsasında avtomatik formalaşdırılması və nəticənin dərhal görüntülənməsi.
Yazışmaların qanunvericiliyin tələblərinə, müraciət tipinə və müəyyən edilmiş qaydalara uyğun olaraq müvafiq mərhələdə sistem tərəfindən nömrələnməsi.
Struktur bölmələr və tabeli təşkilatlar üzrə yazışma və tapşırıqların səlahiyyətlər daxilində izlənməsi və birbaşa idarə olunması, aktiv, baxılmamış, baxılmış və başa çatmış tapşırıqlar üzrə operativ göstəricilər.
Əsas və tabeli təşkilatların, struktur bölmələrin, istifadəçilərin, qrupların, rolların və səlahiyyətlərin vahid mühitdən idarə olunması.
Yazışmalar, tapşırıqlar və icra göstəriciləri üzrə hesabatların, o cümlədən Forma 1 və Forma 2 hesabatlarının hazırlanması.
Səlahiyyətlərin və onlara aid tapşırıqların rəhbər təsdiqi ilə seçilmiş müddətə digər əməkdaşa ötürülməsi.
Nömrələmə qaydalarının və ayrıca sıralamaların, yazışma növləri üzrə blank formalarının və xarici dil variantlarının, eləcə də funksiyaların təşkilat üzrə tənzimlənməsi.
Təşkilat və vətəndaş reyestrlərinin, yazışma növlərinin, mövzuların, vəzifələrin və digər təşkilati məlumatların idarə olunması.
Təbii dildə verilən sorğu əsasında axtarış parametrlərinin avtomatik formalaşdırılması və uyğun yazışmaların tapılması.
Çoxsəhifəli və uzun sənədlərin əsas məzmununun müəyyənləşdirilməsi, qeydiyyat və yazışmanın yaradılması üçün qısa xülasənin avtomatik hazırlanması.
Eldoc-un funksiyaları və istifadə qaydaları ilə bağlı sualları söhbət formatında cavablandıran virtual köməkçi.
Təşkilatlar arasında elektron yazışmaların qəbulu və göndərilməsi, ləğv və geri çağırma əməliyyatları, yazışma statuslarının izlənməsi.
Normativ hüquqi aktlar üzrə təşəbbüs və tapşırıq layihələri, razılaşdırma və vizaların verilməsi, yekun sənədlərin göndərilməsi.
Vətəndaş müraciətlərinin qəbulu və cavabların portal üzərindən göndərilməsi.
Vahid Giriş Sistemi vasitəsilə Eldoc-a daxilolma.
SİMA Token ilə gücləndirilmiş elektron imza inteqrasiyası.
Təşkilata daxil olan e-poçtların qəbulu və xaric olan yazışmaların təşkilatın e-poçt ünvanından göndərilməsi.
Məlumatların ölkə daxilində saxlanıldığı, qorunan və nəzarət olunan bulud mühitində yerləşdirmə və infrastruktur dəstəyi.
İstifadəçi sayı və məlumat həcmi artdıqca resursların artan yükə uyğun genişləndirilməsi.
Məlumatların müntəzəm ehtiyat nüsxələrinin yaradılması və zərurət yarandıqda bərpası.
Sistemdən istifadə və texniki məsələlərin həlli üzrə davamlı dəstək.
İstifadəçilər və administratorlar üçün Eldoc-un imkanları və iş prinsipləri üzrə onlayn təlimlər.
Yeni imkanlar, funksional təkmilləşdirmələr və təhlükəsizlik yeniləmələri.