Məlumatlarınız, bilikləriniz və proseslərinizlə işləyən AI.
Təşkilati məlumatlara və biliklərə çıxışı sürətləndirən, sənədlərlə işi asanlaşdıran və prosesləri avtomatlaşdıran AI həlləri qururuq. Assistentlərdən və agentlərdən xüsusi maşın öyrənməsi modellərinə qədər həlləri mövcud sistemlərə inteqrasiya edir, təhlükəsizlik və infrastruktur tələblərinə uyğun mühitlərdə tətbiq edirik.
Təşkilatın sənədləri və daxili məlumat mənbələri ilə işləyən AI assistentlər və korporativ bilik sistemləri qururuq. İstifadəçilər təbii dildə sual verərək məlumatlara daha sürətli çıxış əldə edir və cavabların əsaslandığı mənbələri görə bilirlər.
AI Assistants · Enterprise Knowledge · RAG · Contextual Q&A
02
Intelligent Search & Document AI
Mövcud giriş səlahiyyətlərini nəzərə alaraq sənəd və məlumatları məna və kontekst üzrə tapmağa imkan verən semantik axtarış həlləri qururuq. Sənədlərdən məlumat çıxarılması, təsnifat və xülasələndirmə kimi əməliyyatları AI ilə avtomatlaşdırırıq.
Semantic Search · Information Extraction · Classification · Summarization
03
AI Agents & Workflow Automation
Müəyyən edilmiş səlahiyyətlər daxilində sistemlər və alətlərlə işləyən AI agentləri qururuq. Biznes qaydalarını və insan təsdiqi tələb edən mərhələləri nəzərə alaraq agentlər vasitəsilə iş axınlarını avtomatlaşdırırıq.
AI Agents · Workflow Automation · Tool Integration · Human-in-the-loop
04
Custom Machine Learning
Biznes ehtiyaclarına uyğun tövsiyə sistemləri, NLP əsaslı mətn analitikası, təsnifat və anomaliyaların aşkarlanması üçün xüsusi maşın öyrənməsi modelləri hazırlayırıq.
AI və maşın öyrənməsi həllərinin real iş mühitinə inteqrasiyasını, versiyalaşdırılmasını, monitorinqini və yenilənməsini idarə edirik. Keyfiyyət və performansı qiymətləndirir, tətbiqə buraxılış proseslərini avtomatlaşdırırıq.
Deployment · Monitoring · Versioning · MLOps · Model Updates
06
Private AI & Deployment
Həssas məlumatlarla işləyən təşkilatlar üçün AI həllərini təşkilatın öz infrastrukturunda, private cloud mühitində, hibrid mühitdə və ya nəzarət olunan data mərkəzində yerləşdiririk. Arxitekturanı məlumatların emalı, saxlanması və təhlükəsizliyi üzrə təşkilatın tələblərinə uyğun qururuq.